Ana Sayfa > Karusel / Gündəm > Elis Manolova Avropa çempionatının finalında
Elis Manolova Avropa çempionatının finalında31-03-2022, 20:52. Yazar: Admin |
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Qarabaginfo.az xəbər verir ki, yarışın 4-cü günündə Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən minimal fərqlə (2:1) qalib gələn Elis 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparacaq. Qeyd edək ki, final aprelin 1-də axşam seansında keçiriləcək. Geri dön |