Ana Sayfa > Karusel / Cəmiyyət > İsgəndər Həmidov vəfat etdi

İsgəndər Həmidov vəfat etdi


26-02-2020, 09:51. Yazar: Admin

 

İsgəndər Həmidov vəfat etdi

 

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 

"Qarabaginfo" xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə məlumat verib. 

Qeyd edək ki, ötən ayın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Həmidov fevralın 5-də "Bakı City Hospital"a aparılmışdı.

Xatırladaq ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. O, 1992-93-cü ildə Azərbaycanın Daxili İşlər naziri vəzifəsində çalışıb. 

 


Geri dön