Ana Sayfa > Karusel / Gündəm > Toponimiya Komissiyasının tərkibi dəyişir

Toponimiya Komissiyasının tərkibi dəyişir


31-03-2022, 18:57. Yazar: Admin

Milli Meclis

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin qərar layihəsi parlamentin aprelin 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Toponimiya Komissiyasının vəfat edən üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Komissiyanın üzvlərinin siyahısından çıxarılır.


Geri dön