Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Putin: "Rublla hesablaşmalar iqtisadi suverenliyini möhkəmləndirəcək"
Putin: "Rublla hesablaşmalar iqtisadi suverenliyini möhkəmləndirəcək"31-03-2022, 18:07. Yazar: Admin |
Qərb alıcıları ilə Rusiya qazının rublla hesablaşmalara keçidi ölkənin maliyyə və iqtisadi sabitliyini gücləndirəcək. Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin aviasiya sənayesi məsələləri ilə bağlı hökumət üzvləri ilə görüşündə bildirib.
"Mövcud vəziyyətin riskləri, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Əgər məsələyə bütövlükdə nəzər salsanız, o zaman Rusiya qazının tədarükü üçün ödənişlərin rus rubluna köçürülməsi maliyyə və iqtisadi suverenliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Biz uzunmüddətli plan çərçivəsində bu istiqamətdə sistemli şəkildə irəliləyişimizi davam etdirəcəyik”, - deyə Putin vurğulayıb. Geri dön |