Ana Sayfa > Karusel / İqtisadiyyat > İqtisadiyyat Nazirliyindən tibbi maskaların qiymətinin artmasına

İqtisadiyyat Nazirliyindən tibbi maskaların qiymətinin artmasına


24-02-2020, 16:59. Yazar: Admin

 

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.

 

"Qarabaginfo"un xəbərinə görə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".APA

 


Geri dön