Bakıda 15 yaşlı qız imtahana görə intihar edib.

Qarabaginfo.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.

Yeni Yasamal yaşayış massivində yaşayan 15 yaşlı Z.C. qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü atıb. O, hadisə yerində vəfat edib.

İlkin məlumata görə, Z.C. qarşıda gözlənilən imtahandan az bal yığacağını, zəif nəticə göstərəcəyini ehtimal edərək stres keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.