Ana Sayfa > Karusel / Gündəm > Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb


30-03-2022, 21:57. Yazar: Admin

Bakı metrosunda relslərin üzərinə düşən qadının kimliyi bəlli oldu - AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumatda deyilir:

"Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsındə idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə işə müvafiq işarəvermə siqnalı düşüb. Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb".


Geri dön