Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Ukraynaya 500 milyonluq yardım edəcək
Ana Sayfa > Karusel / Gündəm > ABŞ Ukraynaya 500 milyonluq yardım edəcək

ABŞ Ukraynaya 500 milyonluq yardım edəcək


30-03-2022, 21:28. Yazar: Admin

ABŞ Ukraynaya 500 milyonluq yardım edəcək

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynaya birbaşa 500 milyon dollar yardım etmək niyyətində olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Bildirilib ki, Bayden və Zelenski bu gün baş tutan telefon danışığı zamanı ABŞ və müttəfiqləri Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

Görüş zamanı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar və Ukraynaya yeni humanitar yardımlar da müzakirə edilib.

Zelenski Baydenə Ukraynanın Rusiya ilə danışıqları barədə məlumat verib.


Geri dön