Ana Sayfa > Karusel / Gündəm > Məşhur futbolçu PSV-nin baş məşqçisi təyin olunub

Məşhur futbolçu PSV-nin baş məşqçisi təyin olunub


30-03-2022, 21:06. Yazar: Admin

Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy PSV-nin baş məşqçisi təyin olunub.

Qarabaginfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Eyndhoven təmsilçisi ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

O, cari mövsüm başa çatdıqdan sonra komandanın sükanı arxasına keçəcək. Nistelroy bu vəzifədə Roger Şmitdi əvəzləyəcək.

Qeyd edək ki, Rud van Nistelroy PSV strukturunda 2016-cı ildən çalışır. Onun aktivində Niderland millisində də iş təcrübəsi var. O, yığmada baş məşqçinin köməkçisi kimi çalışıb. Futbolçu qismində isə van Nistelroy yerli "Den Boş", "Herenven", PSV, İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Hamburq", İspaniyanın "Real Madrid" və "Malaqa" komandalarının formasını geyinib.


Geri dön