Ana Sayfa > Karusel / Gündəm > Abramoviçin sülh danışıqlarındakı roluna aydınlıq gətirildi

Abramoviçin sülh danışıqlarındakı roluna aydınlıq gətirildi


30-03-2022, 20:58. Yazar: Admin

Abramoviçin sülh danışıqlarındakı roluna aydınlıq gətirildi

Rusiyalı milyarder Roman Abramoviç Rusiya və Ukrayna arasında aparılan danışıqlarda vasitəçi və moderator kimi iştirak edir.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak brifinqdə deyib.

Podolyakın sözlərinə görə, Londonda yaşayan rusiyalı milyarder nümayəndə heyətləri arasında son dərəcə effektiv vasitəçidir.

Xatırladaq ki, martın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib. Bildirib ki, o, Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.


Geri dön