Ana Sayfa > Karusel / Gündəm > FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov yarımfinala heç-heçə ilə başlayıb

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov yarımfinala heç-heçə ilə başlayıb


30-03-2022, 20:34. Yazar: Admin

Şəhriyar Məmmədyarov "sponsorsuzluq"dan şikayətləndi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsində ilk yarımfinal görüşünü keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 30-cu gedişdə "sülh"ə razılaşıb. Cavab qarşılaşması martın 31-də gerçəkləşəcək.

Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.


Geri dön