Ana Sayfa > Karusel / Gündəm > Almaniya Ukraynaya 300 milyonluq silah göndərəcək

Almaniya Ukraynaya 300 milyonluq silah göndərəcək


30-03-2022, 20:05. Yazar: Admin

Almaniya Ukraynaya 300 milyonluq silah göndərəcək

Almaniya Ukraynaya 300 milyon avro dəyərində silah və texnika göndərməyə hazırlaşır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeitung” qəzeti məlumat yayıb.

Bildirilib ki, göndəriləcək silahlar ordu inventarından olmayacaq, yeni istehsal edilmiş silahlar olacaq.

Siyahıda əsasən tank əleyhinə, pilotsuz uçuş aparatları və minaatanlardan ibarət bir sıra texnikanın da olduğu, lakin təhlükəsizlik şurasının bunu təsdiqləmək üçün gizli iclasda qərar verməli olduğu bildirilib.

Qeyd edilib ki, göndəriləcək silahlar arasında 2650 Matador tipli bazuka və 18 kəşfiyyat təyyarəsi, o cümlədən, minaatan, pulemyot, 3000 dəst gecəgörmə cihazı, minlərlə qoruyucu jilet və dəbilqə, zirehli yolsuzluq avtomobilləri, hava və 8 yerüstü müşahidə radar cihazı var.


Geri dön