Ana Sayfa > Karusel / Gündəm > FHN ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı

FHN ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı


30-03-2022, 20:01. Yazar: Admin

 FHN ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi nin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Geri dön