Ana Sayfa > Karusel / Gündəm > MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürür: 10-GY-555

MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürür: 10-GY-555


30-03-2022, 19:54. Yazar: Admin

 MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürür: 10-GY-555 - Video

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.


Geri dön