Ana Sayfa > Karusel / Gündəm > Zelenski Norveçdən bu silahları İSTƏDİ

Zelenski Norveçdən bu silahları İSTƏDİ


30-03-2022, 19:48. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski Norveçdən ölkəsinə "Nasams" mobil zenit-raket kompleksləri və "Harpoon" gəmi əleyhinə raketlərin verilməsini istəyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, Norveç parlamentində çıxış edərkən bildirib.

"Bizə nə lazım olduğunu açıq şəkildə bildirmək istəyirəm. Xüsusilə, gəmi əleyhinə silahlar, məsələn "Harpoon" raketləri, eləcə də NASAMS zenit sistemləri. Bundan əlavə, bizə zirehli texnikaları, artilleriya sistemlərini məhv etmək üçün silah lazımdır..Bizə kömək edə biləcəyiniz bütün silahlar yalnız azadlığımızı və müstəqilliyimizi qorumaq üçün istifadə olunacaq”.

"Nasams" aşağı və orta hündürlüklərdə hava vasitələrini vurmaq üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemidir. Raket kompleksləri Norveç tərəfindən istehsal edilir.

"Harpoon" isə Amerika istehsalı qanadlı raketidir. Bu sistemlər gəmiləri məhv etmək üçün nəzərdə tutulub.


Geri dön