Ana Sayfa > Karusel / Gündəm > Ukraynada indiyədək qaçırılan merlərin sayı açıqlandı
Ukraynada indiyədək qaçırılan merlərin sayı açıqlandı30-03-2022, 19:42. Yazar: Admin |
Ukraynada tammiqyaslı hərbi əməliyyatlar başlayandan bəri rus hərbçiləri ən azı 11 şəhər merini və səkkiz bələdiyyə məmurunu oğurlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Lyudmila Denisova feysbuk səhifəsində məlumat verib. Martın 30-da Xerson vilayətində rusiyalı hərbçilər tanınmış ictimai xadim, könüllü və keşiş Sergey Çudinoviçi əsir götürüblər. Denisovanın sözlərinə görə, üç silahlı kilsəyə soxulub, orada olanların sənədlərini və messencerlərini yoxlayıb, daha sonra Çudinoviçi naməlum istiqamətə aparıblar. Gün ərzində rus hərbçilər Zaporojye vilayətinin Primorsk şəhərinin meri Aleksandr Koşeleviçi, Borislav şəhərinin meri Aleksandr Şapovalovu və Xerson vilayətində Hola Pristan şəhərinin meri Aleksandr Babiçi qaçırıblar. “Ümumilikdə, müharibə başlayandan bəri işğalçılar 11 şəhər merini və 8 bələdiyyə məmurunu oğurlayıblar. Rusiya silahlıları girov götürməklə Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 3-cü və 34-cü, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsini kobud şəkildə pozur”, - deyə Denisova vurğulayıb və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları və iqtisadi təzyiqləri gücləndirməyə çağırıb. Geri dön |