Ana Sayfa > Karusel / Gündəm > “Atəşkəs olsa da, sanksiyalar ləğv edilməyəcək” - Conson

“Atəşkəs olsa da, sanksiyalar ləğv edilməyəcək” - Conson


30-03-2022, 19:08. Yazar: Admin

“Atəşkəs olsa da, sanksiyalar ləğv edilməyəcək”

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya qarşı başladığı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların atəşkəs əldə olunsa belə, ləğv edilməyəcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə İcmalar Palatasında həftəlik Baş Nazirə Suallar sessiyasında danışıb.

"Biz dünyada dostlarımız və tərəfdaşlarımızdan heç kimin sanksiyalardan geri çəkilməməsini təmin edəcəyik. Əslində, Vladimir Putinə iqtisadi təzyiqi artırmalıyıq və atəşkəs olsa da, hər hansı sanksiyaların ləğvi tamamilə ağlasığmazdır”, - Conson qeyd edib.


Geri dön