Ana Sayfa > Karusel / Gündəm > Təhlükəsiz internetlə bağlı dərslərə 2 600-dən çox şagird qatılıb

Təhlükəsiz internetlə bağlı dərslərə 2 600-dən çox şagird qatılıb


30-03-2022, 18:50. Yazar: Admin

Təhlükəsiz internetlə bağlı dərslərə 2 600-dən çox şagird qatılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin fevral ayında Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar keçirdiyi təlimin iştirakçısı olmuş ümumtəhsil müəssisələrinin müəllimləri şagirdlər üçün açıq dərslər təşkil ediblər.

Qarabaginfo.az-a RİNN-dən verilən məlumata görə, açıq dərslər Bakı, Şamaxı, Qəbələ, Mingəçevir, Zaqatala və Şəkinin ümumtəhsil məktəblərində keçirilib. Elektron Təhlükəsizlik Xidməti 70 informatika müəllimini əvvəlcədən təlim materialları ilə təmin edib.

Açıq dərslərə 6-11-ci sinif şagirdləri – ümumilikdə 2 600-dən artıq məktəbli cəlb olunub. Onlar zərərli informasiya, mövcud kibertəhdidlər və təhlükəsiz internet mühitinin formalaşdırılması üçün əsas kibergigiyena qaydaları barədə məlumatlandırılıblar.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti uşaqların internetdən təhlükəsiz istifadəsi məsələsini daim diqqətdə saxlayır. Qurum 2013-cü ildən mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir. (apa.az)


Geri dön