Ana Sayfa > Karusel / Gündəm > Kamran Əliyev kollegiya iclası keçirdi
Kamran Əliyev kollegiya iclası keçirdi30-03-2022, 18:41. Yazar: Admin |
Martın 30-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunan kollegiya iclası keçirilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. İclasdan öncə 1918-ci ilin mart - aprel aylarında erməni-daşnak millətçiləri tərəfindən Bakıda başlanan və bölgələrdə davam etdirilən soyqırım aktı zamanı 50 mindən çox azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərlə insanın öz doğma torpaqlarından didərgin salınması, onlarla şəhər və kəndlərin yandırılması, milli-mədəni abidələrin dağıdılaraq məhv edilməsi qeyd edilməklə miqyası və amansızlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli faciənin qurbanları və bütün şəhidlər ehtiramla anılmış, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və qazilərimizə şəfa dilənib. Qeyd olunan məsələlərlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov və Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış edibər. Aparılan müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər. İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib. Geri dön |