Ana Sayfa > Karusel / Gündəm > Bu xəstəxanaya yeni baş həkim təyin olundu

Bu xəstəxanaya yeni baş həkim təyin olundu


30-03-2022, 13:46. Yazar: Admin

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

 

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

Bu barədə Qarabaginfo.az-a TƏBİB-dən məlumata verilib. 

Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmrilə Kərimov Nicat Məhərrəm oğlu direktorun müavini - baş həkim təyin edilib.

Qeyd edək ki, bundan əvvəl xəstəxananın baş həkimi Pərviz Hacıyev olub. 2020-ci ilin noyabrında həmin vəzifəyə təyin olunan P. Hacıyev ötən ay işindən ayrılıb.


Geri dön