Ana Sayfa > Karusel / Dünya > Ukraynadan Rusiyanın itkiləri ilə bağlı yeni açıqlama

Ukraynadan Rusiyanın itkiləri ilə bağlı yeni açıqlama


30-03-2022, 11:42. Yazar: Admin

Ukraynadan Rusiyanın itkiləri ilə bağlı yeni açıqlama

Ukraynaya qarşı müharibədə təqribən 17 300 rusiyalı hərbçi ölüb.

Qarabaginfo.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, fevralın 24-dən bu günə qədər Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 131 təyyarə, 605 tank, 1723 zirehli döyüş maşını, 305 artilleriya sistemi, 96 reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə vasitəsi, 1184 avtomobil texnikası, 7 gəmi/qayıq, 81 pilotsuz uçuş aparatı və s. vurublar.


Geri dön