Ana Sayfa > Karusel / Gündəm > DYP 3 nəfərin öldüyü dəhşətli hadisə barədə məlumat yaydı

DYP 3 nəfərin öldüyü dəhşətli hadisə barədə məlumat yaydı


30-03-2022, 10:10. Yazar: Admin

 

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Qarabaginfo.az idarəyə istinadən xəbər verir ki, Gəncə şəhər sakini  1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes- Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər – Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn oğlu hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 


Geri dön