Ana Sayfa > Karusel / Gündəm > Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub

Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub


30-03-2022, 01:50. Yazar: Admin

Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub

Konqo Demokratik Respublikasında BMT-nin sülhməramlı qüvvələrinə (Mavi Dəbilqəlilər) məxsus helikopter qəzaya uğrayıb.

Qarabaginfo.az-ın “Figaro”ya istinadla xəbərinə görə, qəza zamanı 8 hərbçi həlak olub. Onlardan altısı Pakistan, ikisi Rusiya, biri Serbiya vətəndaşıdır.

Pakistan ordusunun yaydığı açıqlamaya görə, qəzanın dəqiq səbəbi bilinmir.

BMT faktı təsdiq edib.


Geri dön