Ana Sayfa > Karusel / Gündəm > Erməni nazir korrupsiya faktına görə dindirilir
Erməni nazir korrupsiya faktına görə dindirilir29-03-2022, 20:29. Yazar: Admin |
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi fövqəladə hallar naziri Andranik Piloyanı dindirməyə çağırıb. Qarabaginfo.az-ın erməni KİV-nə istinadən məlumatına görə, Piloyanın hansı ittiham üzrə dindiriləcəyi bilinmir.
Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşının Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə sorğu-sual etmək üçün aparılmasından sonra nazir Piloyanı 14 günlük məzuniyyətə göndərib. Geri dön |