Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukraynanın Xmelnitski regionunda aerodroma raket zərbəsi endirib

Rusiya Ukraynanın Xmelnitski regionunda aerodroma raket zərbəsi endirib


29-03-2022, 20:16. Yazar: Admin

Rusiya Ukraynanın Xmelnitski regionunda aerodroma raket zərbəsi endirib

Rusiya Ukraynanın Xmelnitski regionunun Starokostyantinov şəhərinin aerodromuna raket zərbəsi endirib.

Qarabaginfo.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə şəhərin meri Nikolay Melniçuk “Facebook” hesabındakı paylaşımında bildirib.

 

O qeyd edib ki, müharibənin lap əvvəlindən şəhərə raket zərbələri endirilib, lakin bu günkü hücum çox ciddi olub və nəzərəçarpan zədəyə səbəb olub.

Melniçuk əlavə edib ki, Rusiya qüvvələri strateji ehtiyat kimi saxlanılan bütün yanacaq və sürtkü materialları anbarlarını tamamilə dağıdıb.


Geri dön