Ana Sayfa > Karusel / Siyasət > Erməni spiker: “Azərbaycanın münasibətlərin normallaşması üçün yeni təklifi məqbuldur”
Erməni spiker: “Azərbaycanın münasibətlərin normallaşması üçün yeni təklifi məqbuldur”29-03-2022, 12:52. Yazar: Admin |
Rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu 5 maddə məqbuldur. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında bildirib. “Hesab edirik ki, əgər bir neçə aspektləri əlavə etsək, biz bu işi həyata keçirməyə başlaya bilərik”, - Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim etməsinə cavabında deyib. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib. Geri dön |