Ana Sayfa > Karusel / Dünya > Sərhəddəki erməni əsgərlər acınacaqlı durumdadır

Sərhəddəki erməni əsgərlər acınacaqlı durumdadır


29-03-2022, 12:45. Yazar: Admin
Sərhəddəki erməni əsgərlər acınacaqlı durumdadır

 

Ermənistanın Basarkeçər əyalətinə daxil olan sərhəd rayonlarında xidmət edən onlarla hərbçinin valideyni Ermənistan Müdafiə Nazirliyinə etiraz edirlər. Bu etirazlar 3 ildir davam edir.
Qarabaginfo.az ermənidilli mediaya istinadla xəbər verir ki, valideynlər xidmətdə olan övladlarının adi yaşayış şəraitindən məhrum olmalarından şikayətçidir. Onlar bildirir ki, işləyib aldıqları əmək haqqlarını sərhəddəki övladlarına göndərmək məcburiyyətindədirlər.
Valideyinlər övadlarının soyuqdan donmamaları və acından ölməmələri üçün az qala hər şey göndərmək zorundadırlar: gigiyena vasitələri, paltar, yemək, adyal, çəkmə, isti paltar, yemək və  və şirniyyat...
Belə ki, müharibədən sonra Ermənistan ordusunda əsgərlərin adi yaşayış şəraitindən məhrum yerlərdə, çadırlarda, palçıqda, heç bir istilik imkanı olmayan yerlərdə yaşamasını əks etdirən çoxlu videomateriallardan da görürük ki, bu gün Ermənistan ordusunda təkcə əsgərlərin təhlükəsizliyi yox, həm də yaşayış şəraiti də acınacaqlı vəziyyətindədir.
Hələ 2019-cu ildə mətbuat konfranslarından birində müxbirin biri N.Paşinyana "niyə indi də valideynlər əsgər övladlarına eyni şəkildə paltar və yemək göndərirlər" sualına, Nikol Paşinyan çox qarışıq cavab verərək bildirmişdi ki, "ordumuzdakı problem belədir, əsgərlərimiz o bağlamalarsız xidmət edə bilər, yoxsa yox". Sonra əlavə etmişdi ki, "əsgərlərin köynək məsələsi də həll olunub”.

Geri dön