Ana Sayfa > Karusel / Siyasət > Ermənistandakı kəndlər təcili boşaldılmalı və azərbaycana geri qaytarılmalıdır

Ermənistandakı kəndlər təcili boşaldılmalı və azərbaycana geri qaytarılmalıdır


29-03-2022, 11:50. Yazar: Admin
Ermənistandakı kəndlər təcili boşaldılmalı və azərbaycana geri qaytarılmalıdır

Qarabaginfo.az-ın xəbərinə görə, Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərlİ deyib.

Azərbaycan Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşməsinə ona görə razı olmayıb ki, erməni terrorçu silahlı qruplaşmaları bu ərazilərdə möhkəmlənib Azərbaycanın əraizi bütövlüyünü, 30 ildən sonra doğma yurdlarına geri dönəcək keçmiş məcburi köçkün vətəndaşlarımızın həyatını daim təhdid altında saxlasınlar.

Azərbaycan dövləti vətəndaşlarının və işğaldan azad olunmuş yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məcburiyyətindədir və buna bizi bölgədə hələ də qalmaqda olan qanunsuz erməni silahlı qruplaşmalarının bir-birini əvəz edən hərbi təxribatları məcbur edir.

Maraqlıdır, vaxtilə keçmiş Dağlıq Qarabağın ətrafındakı yeddi Azərbaycan rayonunu işğal edən Ermənistan 30 il bunu qondarma qurumun təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı ilə izah edir, “bufer zona” adlandırırdı, indi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin, xüsusilə Ağdamın təhlükəsizliyi üçün Fərrux yüksəkliyində yerləşməsindən niyə narahat olur?

Digər tərəfdən, Ermənistan qonşu dövlətdir və Azərbaycanın öz suveren ərazilərində hər hansı hərəkətinin, Azərbaycan Ordusunun həyata keçirdiyi dislokasiya işlərinin Ermənistana nə dəxli var? Buna görəmi Ermənistan delimitasiya məsələsindən boyun qaçırır ki, istədiyi vaxt Azərbaycanın suveren ərazilərinə və daxili işlərinə müdaxailə etsin?

Yaxşı olar ki, Ermənistan hakimiyyəti və erməni xalqı 1988-1991-ci illərdə ölkədən vəhşicəsinə qovub çıxardıqlarıı və həmin ərazilərin köklü sakinləri olan 300 min nəfər azərbaycanlı qaçqının geriyə – öz dədə-baba ocağına qayıtması barədə düşünsün. Qərbi Azərbaycan qaçqınları olaraq biz öz dədə-baba yurdlarımızdan imtina etməmişik və Ermənistan hakimiyyəti və xalqı bilsin ki, biz son nəfərimizə qədər öz yurdlarımıza qayıdacağıq. Bu gün Ermənistandakı həmin kəndlərdə ermənilərin məskunlaşmasının cəmi 34 illik tarixi var və həmin kəndlər təcili boşaldılıb, azərbaycanlı qaçqınların doğma kəndlərinə qayıtması təmin edilməlidir.

Ermənilərə yüz dəfə havadarlıq edən dövlətlər, yaxşı olar ki, bir dəfə də bu barədə düşünsünlər.


Geri dön