Ana Sayfa > Karusel / Siyasət > Bakı İrəvanın bu çağırışını “eşitməyəcək”
Bakı İrəvanın bu çağırışını “eşitməyəcək”29-03-2022, 10:13. Yazar: Admin |
Ermənistan Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə olunub və Azərbaycanla sülh danışıqlarının dərhal başlanması təklifi edilib: iclasda iddia edilib ki, Bakı Qarabağdakı separatçıların təmizlənməsi əməliyyatına zəmin hazırlayır. Dünənə qədər Bakının sülh sazişi təklifinə cavab verməyən İrəvanın fikrini dəyişməsində məqsədi var: Ermənistan Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 baza prinsipinə Qarabağdakı ermənilərin “statusu” məsələsini əlavə etmək niyyətindədir, lakin Bakının Qarabağda mümkün təmizləmə addımları İrəvanın ümumiyyətlə bu istiqamətdə cəhd imkanlarını da sıradan çıxara bilər; bu baxımdan, ermənilər sülh sazişi ilə bağlı “dərhal danışıqlara başlamaq” və “əlavələrini” masaya daxil etmək istəyirlər. Bu dəfə də rəsmi Bakı İrəvanın “dərhal danışıqlar” istəyini eşitməyəcək.
Geri dön |