Ana Sayfa > Karusel / Siyasət > DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi
DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi20-02-2020, 15:31. Yazar: Admin |
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. "Qarabaginfo" xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib. Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib. *** DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib. Hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.
Geri dön |