Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə bu gün telefon danışığı aparacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Lejandre məlumat verib.
“Prezident Makron çərşənbə axşamı Vladimir Putinlə yenidən danışmağı planlaşdırır”, - deyə rəsmi nümayəndə BFM televiziyasının efirində bildirib.
Lejendre qeyd edib ki, Fransa iki ölkə liderinin dialoqunda maraq göstərir.