Ana Sayfa > Karusel / Gündəm > Tam təqaüdlə MİT-də magistraturaya qəbul oldu
Tam təqaüdlə MİT-də magistraturaya qəbul oldu28-03-2022, 22:42. Yazar: Admin |
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Ləman Cəlilova dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutunda (MIT) tam təqaüdlə Kimya Mühəndisliyi üzrə magistraturaya qəbul olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
Qeyd edək ki, L.Cəlilova 2019-cu ildə Fransanın milli riyaziyyat müsabiqəsində ən yaxşı 100 iştirakçı arasında yer alıb. O, 500 iştirakçı arasında 4-cü yeri tutaraq, qızlar arasında ən yaxşı nəticəni göstərib. Geri dön |