Ana Sayfa > Karusel / Gündəm > Ramzan Kadırov Mariupolda olmasına dair məlumat yayılıb

Ramzan Kadırov Mariupolda olmasına dair məlumat yayılıb


28-03-2022, 19:46. Yazar: Admin

Ramzan Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Donetsk regionunun Mariupol şəhərindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Unian.net" saytı “Operativnıe svodki” Telegram kanalın istinadən məlumat yayıb.

Bildirilib ki, Ramzan Kadırov Mariupoldadır və özü şəxsən "xüsusi əməliyyat"a rəhbərlik edir.

Telegram kanalda Kadırovun Rusiyanın 8-ci ordusunun komandanı general Andrey Mordviçevlə görüşməsinin kadrları da paylaşılıb.

Kadırov isə özünün Telegram kanalında bu barədə məlumat verməyib, lakin şəhərdə hərbi əməliyyatlar barəsində paylaşım edib.


Geri dön