Ana Sayfa > Karusel / Gündəm > İdmançılarımız dünya çempionatında 5 medal qazandılar

İdmançılarımız dünya çempionatında 5 medal qazandılar


28-03-2022, 19:24. Yazar: Admin

İdmançılarımız dünya çempionatında 5 medal qazandılar

Martın 24-dən 28-dək Niderlandın paytaxtı Amsterdamda MMA idman növü üzrə dünya çempionatı keçirilib.

Qarabaginfo.az Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, çempionatda 8 idmançı ilə təmsil olunan Azərbaycan 5 medal qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fətəli Talıbov (52 kq), Ehtiram Dərişov (62 kq) qızıl, Nail Əzizov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq) və Ömər Mutayev (77 kq) isə bürünc medala sahib olublar.


Geri dön