Ana Sayfa > Karusel / Gündəm > Ukraynaya dəyən zərərin məbləği açıqlandı
Ukraynaya dəyən zərərin məbləği açıqlandı28-03-2022, 19:12. Yazar: Admin |
Rusiyanın hücumu nəticəsində Ukraynaya dəyən zərərin miqdarı 564,9 milyard dollar olaraq qiymətləndirilir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat yayıb. Bu məbləğin 119 milyard dolları infrastruktura dəyən ziyan. 112 milyard dolları ÜDM itkiləri, 90,5 milyard dolları mülki əhaliyə dəymiş ziyan, 80 milyard dolları müəssisə və təşkilatların zərəri, 54 milyard dolları ölkə iqtisadiyyatına birbaşa investisiyaların itirilməsi, 49 milyard dollar dövlət büdcəsinin itkisidir. Geri dön |