Ana Sayfa > Karusel / Gündəm > İşğaldan azad olunmuş ərazilərə qayıdacaq ailələrin sayı müəyyənləşdirilir

İşğaldan azad olunmuş ərazilərə qayıdacaq ailələrin sayı müəyyənləşdirilir


28-03-2022, 18:59. Yazar: Admin

Şuşa qalası — Vikipediya

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.

Qarabaginfo.az bildirir ki, Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir.

“Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub”, - qeyd olunub.


Geri dön