Ana Sayfa > Karusel / Gündəm > Komitə: İlkin Razılaşma Protokolu məcburi köçkünlər tərəfindən könüllü imzalanır

Komitə: İlkin Razılaşma Protokolu məcburi köçkünlər tərəfindən könüllü imzalanır


28-03-2022, 18:41. Yazar: Admin

Komitə: İlkin Razılaşma Protokolu məcburi köçkünlər tərəfindən könüllü imzalanır

Bəzi kütləvi informasiya vasitələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazisi işğaldan azad olunmuş rayon sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzaladığı haqqında məlumat yayılıb.

Qarabaginfo.az bildirir ki, Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin – köçürülmə və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür.

 

Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub.

İlkin Razılaşma Protokolu yuxarıda qeyd edilən sorğudan sonra, məcburi köçkünlər tərəfindən könüllü imzalanır.


Geri dön