Ana Sayfa > Karusel / Gündəm > Türkiyəli üzgüçü Rusiya bayrağı ilə bağlı qalmaqallı paylaşım edib

Türkiyəli üzgüçü Rusiya bayrağı ilə bağlı qalmaqallı paylaşım edib


28-03-2022, 18:31. Yazar: Admin

Ukrayna əsilli türkiyəli üzgüçü Viktoriya Güneş sosial şəbəkə hesabında qalmaqallı paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, 24 yaşlı idmançı naməlum şəxsin Rusiya bayrağını tapdaladığı yerdə çəkilmiş fotosunu yayımlayıb. O, ölkəsinə hərbi müdaxilə səbəbindən bu addımı atıb.

Ukraynadakı müharibəyə görə dərin sarsıntı keçirən Güneş baş verənlərin dəhşətli olduğunu bildirib: "Bunun vətənimdə yaşandığına hələ də inanmıram. Dostlarım və yaxınlarım üçün narahatam. Ukrayna xalqının və oradakı digər millətlərə görə qorxuram. Müharibənin həyatımıza necə təsir etdiyini görürəm. Bir çox uşaq hazırda əziyyət çəkir və bu, ölkəmiz üçün faciəvidir. Dünya XXI əsrdə bunun real ola biləcəyini təsəvvür edə bilməzdi. Valideynlərim Türkiyədə yaşayır. Amma qohumlarımın çoxu Xarkovdadır. Hərbi əməliyyatlar bu şəhərə böyük ziyan vurub. İnsanlar çox qorxur. Onlar metro stansiyalarında, yeraltı bunkerlərdə yalnız sağ qalmaq ümidi ilə yaşayırlar. Hər gün bomba səsinə oyanırlar".

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının yolverilməz olduğunu söyləyən üzgüçü dünyanın ölkəsinə əlindən gələn köməkliyi göstərdiyini qeyd edib. O, Türkiyənin ölkəsinə yardımını isə xüsusi vurğulayıb: "Heç kim müharibə istəməz. Bütün dünya bunun nə dərəcədə dəhşətli olduğunu görür. Hazırkı vəziyyətə görə üzgünəm. Ümid edirəm ki, həyatımıza yenidən sülh gələr və bu faciə bitər".

Məsələni araşdıran Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) Güneşi bu hərəkətinə görə cəzalandırmayıb. FINA sadəcə, idmançıları bir-birinə hörmət etməyə çağırıb.

FINA-nın qərarına münasibət bildirən Ümumrusiya Üzgüçülük Federasiyasının prezidenti Vladimir Salnikov bu prosesdə iştirak edən hər kəsin şəxsən məsuliyyət daşıdığını söyləyib: "Hesab edirəm ki, idmançılar mövcud vəziyyətlə bağlı bir-birini sökmək və təhqir etməklə məşğul olmamalıdır. Onların arasında ixtilafın necə alovlandığını görmək təəssüf doğurur".

Qeyd edək ki, Viktoriya Güneş 2014-cü ildə Türkiyə vətəndaşlığını qəbul edib. O, 2021-ci ildə Rusiyanın Kazan şəhərində 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında Avropa çempionu olub. Güneş həmçinin 100 metr və 200 metr məsafələrə brass üsulu və 200 metr məsafəyə qarışıq üsulla üzmədə Avrop üçüncüsüdür.

Nadadora turca pisou bandeira da Rússia e é atacada: ″Repugnante″


Geri dön