Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Xızı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Hüseyn İmanov və Xızı rayon sakini Şahin Xəlilov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Keçirilən nəzarət tədbirləri zamanı ayrı-ayrı inzibati rayonların ərazilərindəki su hövzələrindən ümumilikdə 670 metr uzunluğunda sintetik tor yığışdırılıb”.
B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda Mahmudçala Ovçuluq Təsərrüfatında ov qaydalarını pozduğuna görə Astara rayon sakinləri Ayaz Həsənov və Yaşar Həmidov saxlanılıb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.