Ana Sayfa > Karusel / Təhsil > DİM: İmtahanlarda ara məsafəsi məhdudiyyəti davam edəcək

DİM: İmtahanlarda ara məsafəsi məhdudiyyəti davam edəcək


28-03-2022, 12:45. Yazar: Admin

 

DİM: İmtahanlarda ara məsafəsi məhdudiyyəti davam edəcək

 

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabinetinin martın 5-də verdiyi qərarla bir sıra məhdudiyyətlərin aradan qaldırılmasından sonra imtahanlarda ara məsafəsi məhdudiyyətinin davam etdirilib-etdirilməyəci məsələsinə aydınlıq gətirib.

Qarabaginfo.az xəbər verir ki, Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, abituriyentlər yenə də imtahanlarda tək-tək oturdulacaq:

“Sinif otaqlarının həcmini nəzərə alsaq, yenə də bir otaqda əsasən 12-15 şagird əyləşdiriləcək. Burada əsas prinsip iştirakçıların tək-tək əyləşdirilməsidir. Bundan sonrakı imtahanlarda da bu prinsipə riayət ediləcək" - DİM rəsmisi qeyd edib.


Geri dön