Ana Sayfa > Karusel / Qarabağ > Qaradağlı qətliamından 28 il ötür
Qaradağlı qətliamından 28 il ötür17-02-2020, 09:45. Yazar: Admin |
Bu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 28 il ötür. "Qarabaginfo" xəbər verir ki, 1992-ci il fevralın 15-dən başlayaraq erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də Qaradağlını işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib. 5 nəfərin taleyi bu günədək məlum deyil. “Qafqazinfo”
Geri dön |