Ana Sayfa > Karusel / Dünya > Ukraynada həlak olan dinc sakinlərin yeni sayı açıqlandı

Ukraynada həlak olan dinc sakinlərin yeni sayı açıqlandı


28-03-2022, 10:17. Yazar: Admin

Ukraynada həlak olan dinc sakinlərin yeni sayı açıqlandı

Rusiyanın Ukraynaya qarşı başladığı hücumdan bu günə kimi (24 fevral - 26 mart) azı 1119 ukraynalı mülki şəxs ölüb, 1790 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

BMT-nin məlumatına görə, Ukraynanı 3 milyon 821 min 49 nəfər tərk edib. Ən çox qaçqını (2 milyon 267 min 103 nəfər) Polşa qəbul edib. Sonrakı yerlərdə Rumıniya, Moldova, Macarıstan və Slovakiya qərarlaşıb.

Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı müharibə başlayandan bəri Ukraynada 6,5 milyon insanın məcburi köçkünə çevrildiyini bildirib.

Beynəlxalq təşkilatların nümayəndələri baş verənlərin real mənzərəsinin daha acınacaqlı ola biləcəyini istisna etmirlər.


Geri dön