Ana Sayfa > Karusel / Hadisə > Tovuzda bir ailənin üç üzvü qidadan zəhərlənib
Tovuzda bir ailənin üç üzvü qidadan zəhərlənib28-03-2022, 08:04. Yazar: Admin |
Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində baş verib. 1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-ci il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Məlumada görə həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər. Geri dön |