Ana Sayfa > Karusel / Region > Zelenski: "Rus dilinə ən böyük zərəri Putin vurub"

Zelenski: "Rus dilinə ən böyük zərəri Putin vurub"


28-03-2022, 06:53. Yazar: Admin

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin silahlı təcavüzü ilə dünyada rus dilinin populyarlığına ən böyük zərər vurub.

"Ruslara aid olan hər şeyə nifrəti mütləq artacaq. Rus dilinə ən böyük zərəri Vladimir Vladimiroviç Putin vurub. Məncə, bu, düzəlməz zərərdir. Təbii ki, insanlar bəzən Rusiyadan kənarda rus dilində danışmaqdan utanacaqlar”, - deyə o vurğulayıb.

Zelenski həmçinin etiraf edib ki, prezidentliyinin əvvəlində özü də müəyyən mənada Rusiya ilə münasibətlərin mümkün “normallaşdırılmasına” ümid bəsləyirdi. Və öz siyasətində Donbassda atəşkəsə nail olmağa və normallaşma üzrə danışıqlara başlamağa çalışırdı.


Geri dön