Ana Sayfa > Karusel / Gündəm > Ağdamda buldozer minaya düşüb

Ağdamda buldozer minaya düşüb


27-03-2022, 19:18. Yazar: Admin

Ağdamda buldozer minaya düşüb

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisində baş verib.

 

Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi LIQONK markalı buldozeri erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön