Ana Sayfa > Karusel / Gündəm > Ukrayna azərbaycanlı jurnalistə sanksiya tətbiq etdi

Ukrayna azərbaycanlı jurnalistə sanksiya tətbiq etdi


27-03-2022, 18:03. Yazar: Admin

Əslən azərbaycanlı olan və Rusiyada fəaliyyət göstərən media nümayəndəsi Nailə Əsgərzadəyə sanksiya tətbiq edilib. 

Qarabaginfo.az xəbər verir ki, Ukraynanın Mədəniyyət Nazirliyi sanksiyalar siyahısına əlavə ediləcək Rusiya mədəniyyət xadimlərinin adlarını açıqlayıb.

Ölkənin Nazirlər Kabineti sanksiyalar siyahısının genişləndirilməsini artıq təsdiqləyib.

İndi siyahı Milli Təhlükəsizlik və Müdafiə Şurası, eləcə də prezident tərəfindən də təsdiqlənməlidir.

Qeyd edək ki, siyahıda Nikolay Baskov, Dmitri Bilan, Timati, Nikita Mixalkov, Vladimir Maşkov, Aleksandr Duqin və Nailə Əsgərzadə yer alıb.


Geri dön