Ana Sayfa > Karusel / Gündəm > Boqotada polis idarəsində partlayış: Yaralananlar var

Boqotada polis idarəsində partlayış: Yaralananlar var


27-03-2022, 16:43. Yazar: Admin

Boqotada polis idarəsində partlayış: Yaralananlar var

Kolumbiyanın paytaxtı Boqotanın cənubunda polis idarələrinin birində partlayış olub.

Qarabaginfo.az xarici KİV-ə  istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 11 nəfər yaralanıb.

Partlayış zamanı 60-dan çox evin pəncərələrinin şüşələri də sınıb.

Kolumbiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib və hücumda iştirak edənlərin yerini bildirənlərə 80 min dollar mükafat vəd edib.


Geri dön