Ana Sayfa > Karusel / Gündəm > Ukraynada rus komandir buna görə İNTİHAR ETDİ

Ukraynada rus komandir buna görə İNTİHAR ETDİ


27-03-2022, 16:08. Yazar: Admin

Ukraynada rus komandir buna görə İNTİHAR ETDİ

Rusiya ilə Ukrayna arasında qarşıdurmalar davam edərkən, Ukrayna Müdafiə Nazirliyi ölkədəki müharibədə iştirak edən rus tank alayının komandirinin intihar etdiyini iddia edib.

Qarabaginfo.az xəbər verir ki, Ukraynadan verilən açıqlamada  rus tank alayının komandirinin bölməsindəki bütün vasitələrin istifadəyə yararsız olması səbəbindən intihar etdiyi bildirilib.  

"Rusiya Federasiyasının 13-cü Tank Diviziyası. “Tank alayı”nın komandiri bölmənin ehtiyat tanklarının vəziyyətini öyrəndikdən sonra düşdüyü ağır vəziyyətə görə özünü güllələyib" - deyə  məlumatda qeyd olunub.  

Açıqlamada, Rusiya qüvvələrinin baxımsız qalan hərbi maşınlarla bağlı problem yaşadığı və tankların çoxunun yararsız hala düşdüyü də iddia edilib.

"Rusiya Bryansk vilayətində döyüş meydanında yararsız vəziyyətə düşmüş avadanlıqları təmir etmək üçün anbar və təmir obyektləri tikib. Hazırda Rusiya uzunmüddətli saxlama anbarlarından xeyli miqdarda avadanlığı “istifadəyə” verməyə çalışır”, - deyə məlumatda bildirilir.


Geri dön