Ana Sayfa > Karusel / Gündəm > İbrahim Kalın: “Hamı Rusiya ilə körpüləri yandırsa, onunla kim danışacaq?”
İbrahim Kalın: “Hamı Rusiya ilə körpüləri yandırsa, onunla kim danışacaq?”27-03-2022, 15:39. Yazar: Admin |
“Türkiyə və digər ölkələr Ukraynada vəziyyətin normallaşması çərçivəsində Rusiya ilə dialoqdan imtina etməməlidir”. Qarabaginfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Dohada keçirilən beynəlxalq forumda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Hamı Rusiya ilə körpüləri yandırsa, sonda onunla kim danışacaq? Ukraynalılara hər cür kömək etmək lazımdır ki, onlar özlərini qoruya bilsinlər. Rusiyalıların sözünü hər bir halda eşitmək lazımdır”, - o bildirib. Xatırladaq ki, cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyətin nizamlanması çərçivəsində Rusiya və Ukraynanın dövlət başçıları – Vladimir Putin və Volodimir Zelenski ilə yaxın günlərdə yeni danışıqlar apara biləcəyini açıqlamışdı. Geri dön |