Ana Sayfa > Karusel / Gündəm > Rusiya qoşunlarının bir hissəsini buna görə Belarusa köçürür
Rusiya qoşunlarının bir hissəsini buna görə Belarusa köçürür27-03-2022, 15:35. Yazar: Admin |
Rusiya qoşunları Ukraynaya qarşı vuruşan işğalçı qüvvələrin rotasiyasını həyata keçirmək üçün bölmələri Belarusa köçürür. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı "Facebook"da məlumat verib. "Rusiya Federasiyasının bölmələrinin Belarus Respublikası ərazisinə hərəkəti davam edir. Bu tədbirlər ölü, yaralı və xəstə hərbçilərin sayı baxımından xeyli itki vermiş bölmələrin dövriyyəyə buraxılması, mövcud qrupların gücləndirilməsi, ərzaq, yanacaq və sursatların doldurulması, təxliyyənin təşkili məqsədilə həyata keçirilir", - məlumatda deyilir. Eyni zamanda, bildirilib ki, Belarus Respublikası silahlı qüvvələrinin bölmələrinin bir hissəsi poliqonlarda olmaqda davam edir. Geri dön |